Seyiddən mənim üçün dua etməsini istəmək olarmı?
Sual:
Salam men imtahanda yaxsi bal toplamaq üçün seyidden menim üçün dua etmesini istemeyim ne derecede duzgundur?
Cavab:
Və aleykum Salam. Dualarının qəbul olacağı güman olunan istənilən əməlisaleh bir şəxsdən müəyyən bir işə, məsələyə görə dua etməsini xahiş etmək olar. Məsələn, əməlisaleh, təqvalı bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması və işinin asanlaşması üçün dua etməsini istəyir. Dində buna təvəssül deyilir. Bu növ təvəssülün icazə verilməsinə dəlil səhabələrin Peyğəmbərin yanına gələrək onlar üçün ümumi və xüsusi şəkildə dua etməsini istəmələridir. Ənəs rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin". Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!" Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, onu təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır!" Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq...". (Səhih əl-Buxari, 1013; Səhih Muslim, 897).
Həmçinin, Uveys əl-Qərani barəsində olan hədis də buna dəlildir. Həmin hədisdə Peyğəmbər demişdir: "Ondan sizlər üçün bağışlanma diləməsini istəyin". (Mişkat əl-Məsabih, 6257).
Lakin, onu da qeyd edək ki, Peyğəmbər ümmətindən yetmiş min nəfərin sorğu-suala çəkilmədən və əzaba düçar olmadan Cənnətə girəcəyini bildirərkən demişdir: "Bunlar özlərinə ovsun oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti saymayan, müalicə məqsədilə bədəninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir". Bu vaxt Ukkaşə ibn Mihsən ayağa qalxıb dedi: "Ya Rəsulullah, Allah dua et ki, məni onlardan etsin!" Peyğəmbər: "Sən onlardansan" - dedi. (Səhih əl-Buxari, 5705; Səhih Muslim, 218).
Bu növ təvəssül yalnız diri olan kimsədən istənilə bilər, ölülərə gəlincə isə onlardan bunu diləmək olmaz, çünki o, hər hansı bir əməli etmək iqtidarında deyil. Həmçinin imtahandan yaxşı nəticə əldə etmək üçün yaxşı çalışmaq, sonra isə Allaha dua edib Ona təvəkkül etmək lazımdır. Həmçinin oxuyun:
Seyyidə inanmaq doğrudurmu?
Təvəssülün neçə növü var?
İmtahanda uğurlu nəticə əldə etmək üçün hansı duanı oxumaq lazımdır?