Qayınatam körpəmin şəklini sosial şəbəkədə paylaşdığı üçün ona etiraz etdim və bu onun xətrinə dəydi. Buna görə mənə günah varmı?

    02.04.2026
Kimdən: 
Gulzar
Sual: 
Aleykum salam menim 3 ayliq qizim var bed nezere cox inanir deye qetiyyen hevbir sekilin paylasmiram ve sosial sebeke istifade etmirem ama qayinatam tiktokda paylasmisdi mende paylasmamasiini ve sebeblerini izah eledim ( usaqlari suni intelektle basqa cur duzeeldirler son vaxtlar usaq ogurlugu ve s sebebler) xetrine deyib men gunaha batmis oluram?
Cavab: 

Və aleykum Salam. Uşağın şəklini paylaşmamaq sizin haqqınızdır və ana olaraq övladınızı qorumaq məsuliyyəti daşıyırsınız. Bəd nəzər (göz dəyməsi) haqdır və bundan qorunmaq üçün səbəblərdən istifadə etmək (məsələn, şəkil paylaşmamaq) vacibdir. Eyni zamanda, təhlükəsizlik səbəbi ilə sosial şəbəkədə paylaşmamaq da ağıllı və tədbirli bir seçimdir. Siz üzərinizə düşəni etmissiniz və qayınatanızın bundan inciməsinə görə sizə heç bir günah yoxdur. Amma ola bilər ki, bunu dedikdə bir qədər sərt demisiniz. Hər bir halda mülayim olmaq lazımdır. Eyni zamanda, Allahdan övladınızın qorumasını diləyin və gözdəymədən qorumaq üçün şəriətin buyurduğu duaları oxuyun. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: