Gözdəymə və ondan necə qorunmaq haqqında

    27.08.2014
Sual: 
Salam aleykum, goz deymesinin sebebi nedir? Bi de insanin imanina da goz deye biler? Goze qarwi ne oxumag olar? Allah razi olsun sizden..
Cavab: 
Və aleykum Salam. Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir. Uca Allah buyurur: "...və həsəd aparan zaman paxılın şərindən!" (əl-Fələq, 5).
Həmçinin, insanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (Səhih əl-Buxari, Səhih Muslim).
Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi - (əl-Bəqərə, 255)", "əl-İxlas", "əl-Fələq" "ən-Nas" surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakəllahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, "MaşaAllah Lə Quvvatə İllə Billəəh" demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: "Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509).

Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın Rəsulu (salləllahu aleyhi va səllam) bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi". (əl-Buxari, Muslim). Daha ətraflı:
Allahın kəlamı ilə müalicə
Cadudan necə qorunmaq olar?
Paxıllıq haqqında

Teqlər: 
Paylaş: