Paxıllıq haqqında
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!" (Səhih əl-Buxari).
Təfsir alimi Abdurrahmən ibn Nasir əs-Sə'di (Allah ona rəhmət eləsin) belə demişdir: "Paxıl o şəxsdir ki, həsəd apardığı insana verilən nemətin puç olmağını istəyir və bunun üçün də əlindən gələn imkanlardan istifadə edərək səy göstərir. Bədnəzərlər də buna aiddir. Belə ki, bədnəzərlik xəbis nəfsli, şər təbiətli paxılın əməlindəndir".
Paxılın şərrinə gəldikdə isə, bura paxıllığın iki növündən başqa hər növü daxildir. İstisna olunmuş iki növ paxıllıq isə aşağıdakı hədisdə öz əksini tapmışdır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Yalnız iki şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Ona baxıb demək olar ki, kaş mənə də onun kimi Quran oxumaq öyrədiləydi, mən də onun kimi oxuyardım. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu lazımi yerlərə Allah yolunda xərcləyir. Ona da baxıb demək olar ki, kaş mənə də bu cür var-dövlət veriləydi, mən də onun kimi xərcləyəydim". (əl-Buxari). Bu növ paxıllığa dilimizdə qibtə etmək deyilir. Daha ətraflı: Paxıllıq hissinə necə qalib gəlmək olar?