Kişi həyat yoldaşına saçlarını kəsməyi qadağan edə bilərmi?

    02.04.2026
Kimdən: 
Umm Omar
Sual: 
AssalamuAlaikum. Saçlarımda giriglar var ve bunu goturtmek isteyirem. Ama yoldaşım izin vermir. İzin vermemeye haggi var mi? Ve ya izin vermediyi halda kestire bilerem?
Cavab: 

Və aleykum Salam. Ailə həyatında kişi yalnız ailənin əsas məsuliyyətləri ilə bağlı məsələlərdə söz sahibidir. Qadının şəxsi işlərinə — necə geyinməsi, nə yeməsi və ya saçına necə qulluq etməsi kimi məsələlərə qarışmaq haqqı yoxdur. Yalnız əgər qadın bu işlərdə harama düşərsə, israfa yol verərsə və ya ailə vəzifələrinə zərər verərsə, o zaman kişi ailənin mənafeyini qorumaq üçün müdaxilə edə bilər. Bu baxımdan, qadın saçına şəriətin icazə verdiyi şəkildə baxdığı müddətdə, kişi onu saçını kəsməyi qadağan edə bilməz. Həmçinin oxuyun: 

Qadının saçı ən azı hara qədər olmalıdır?

Teqlər: 
Paylaş: