Qadına saç kəsdirmək günahdırmı?
Sual:
Islamda umumiyyetle sac kesilmesinin gunah olmasi haqda aye ve ya sure varmi ? birde men her ay saclarimin ucundan saglam olsun deye kesirem bu gunahmidir ?/
Cavab:
Salam aleykum. Saçları kəsdirmək günah deyil. Amma həddindən artıq qısa kəsərək kişiyə bənzəmək haramdır. Əbu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri öz saçları qulaq mərcəyinə qədər azaldardılar". (əl-Buxari, 248; Muslim, 320). Qulaq mərcəyi - qulağın sırğa üçün deşik açılan yeridir.