Qəlb narahatlığına İslami yanaşma necə olmalıdır?
Və aleykum Salam. İslam dinində bu cür davamlı, qeyri-ixtiyari gələn düşüncələr "vəsvəsələr" adlanır. Vəsvəsələrin mənbəyi isə şeytandır. Şeytan insanı narahat etmək, onu kədərləndirmək üçün müxtəlif yollara əl atır. Xüsusən də günahlardan uzaq olub ibadətlə məşğul olan insanlarda bu hal daha çox olur. İnsan ən çox nədən narahat olursa, şeytan məhz o tərəfdən yaxınlaşır. Odur ki belə fikirlər gəldikdə dərhal zikr etməyə, Allahı yad etməyə və Quran oxumağa yönəlmək lazımdır. Bu kimi vəsvəsələr gəldikdə onlara fikir verməyib "əuzu billəhi minə-ş-şeytani-r-racim" deyərək digər işlərinizə davam edin. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Həmçinin oxuyun:
Şeytandan necə qorunmaq olar?
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua