Yuxuda öldüyünü görmək nə anlama gəlir?

    31.03.2026
Sual: 
Salam Aleykum ilk novbede ALLAH Tutdugunuz oruclari qildiginiz namazlari qebul etsin. Men yuxuda öldüyümü gördüm heqiqeten o hissi yasadim sanki heqiqi imis kelmeyi sahedtimi dedim ve atam yanimda idi elinden tutmusdum gozlerimi yumdum sanki men isiq suretiyle qaranliga dusdum ve oz ozume dedimki demeli ölüm bele olurmus mene seslendiler Rebbin kimdi Mende uca sesle dedim Rebbim ALLAHdi ondan sonra ayildim ve artiq 1 ay olubki men yuxunun tesirinden ayila bilmirem ancaq ölüm fikirlesirem ele hiss edirem ki men öləcəm niye bele olmusam bilmirem çox xais edirem bu ne yuxudu menasi nedi ve men niye bele olmusam bilmek isdeyirem Ölüm haqqdi bilirem sadece her an onun qorxusuylada yasamaq cetindi
Cavab: 

Və aleykum Salam. Ölüm əzəldən təyin olunmuş əcəldir. Əcəl insanı nə bir saat qabaqlayar, nə də gecikə bilər. Ölümdən qaçmaq mümkün deyil. Uca Allah bu xüsusda buyurur: "Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə" (ən-Nisa, 78). Əslində insanın ölümü düşünməsi faydalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın!". (ət-Tirmizi, "Zuhd", 4). Ölümdən qorxmaq əvəzinə, ölümə hazırlaşmaq lazımdır. Hər kəs öləcək, amma ən xeyirli insanlar ömürlərini Allahın razılığını və Cənnəti qazanmağa sərf edənlərdir. Uca Allah buyurur: "Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: