Ölümdən çox qorxmağım nə dərəcədə normal haldır?

    28.11.2017
Kimdən: 
Sehla
Sual: 
Salam men olümden qorxuram ele vaxt olur ki ele bil indi Hz ezrail (s) gözüme görünecek bunun sebebi ne ola biler birden qorxu gelir ureyim sixilr hekim molla qalmayib molla getmisem xeyri yoxdur.deyirem niye bu paltari alim onsuzda ölecem özüme qapaniram bu coxdan var mende bele olmaqim meni gunahdanda saxlayir cunku allahdan qorxuram taken danisam oturub aqlamqim gelir xais deyirem cavab yazin by vesvesedir yoxsa omrumun sonu allah sizden razi olsun
Cavab: 

Və aleykum Salam. Bu, şeytanın vəsvəsələridir və çalışın onlara fikir verməyəsiniz. Ölümdən qorxmaq lazım deyil. Uzun və xeyirli ömür sürmək möminin xeyrinədir. Rəvayət edilir ki, iki bədəvi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəldi və onlardan biri soruş­du: "Ey Allahın Elçisi, hansı insan ən xeyirlidir?" O buyurdu: "Ömrü üzün və əməli gözəl olana xoş olsun!" Digəri dedi: "Hansı əməl ən xeyirlidir?" Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Dilin Allahın zikrindən quru­ma­dığı halda dünyadan ay­rıl". (Əbu Nueym "Hilyətul-Ovliyə", 355). Daha ətraflı:
Ölüm qorxusundan qurtulmaq üçün nə edim?
Öləndə torpağın altında necə qalacağımdan qorxuram...
Vəsvəsədən necə qorunmaq olar? 
Özünə qapanmaq Allahın qəzəbinə səbəb olurmu? 

Paylaş: