Ölüm qorxusundan qurtulmaq üçün nə edim?
Sual:
ölümden cox qorxuram hergün Seher acıldıqda sanki busaat ölecemişkimi oluram neceedimki qorxmayım ve bu qorxu icimden atım
Cavab:
Salam aleykum. Ümumən bu cür fikirlərin və hislərin yaranması adətən şeytanın vəsvəslərindən irəli gəlir və belə şeylərə çox fikir verməyin. Ümumiyyətlə ölümün yaxınlaşmasından qorxmaq lazım deyil, çünki bu heç nəyi dəyişməyəcək. İnsan o günə əməl baxımından hazır olmamasından qorxmalıdır. Odur ki, hər bir müsəlman nə qədər ki, canı üstündədir, başda namaz olmaqla xeyir əməllərini artırmalı, ibadət etmirsə, ibadətə başlamalı, Uca Allahı mütəmadi zikr etməli, əmrlərini bacardığı qədər yerinə yetirib, qadağalarından da çəkinməlidir. İbn Ömər (Allah onlardan razı olsun) rəvayət edir: "Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanında idim. Ənsarlardan bir kişi onun yanına gəlib Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salam verdikdən sonra dedi: "Ey Allahın Elçisi, möminlərin ən üstünü hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Əxlaqı ən gözəl olanlar!" Kişi dedi: "Möminlərin ən ağıllısı hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Ölümü çox yad edənlər və ölümdən sonra olana (Axirətə) ən gözəl şəkildə hazırlaşanlar. Ən ağıllı olanlar onlardır". (İbn Məcəh, 4259, 4400). Həmçinin, bilmək lazımdır ki, ölüm son deyil, Axirət həyatının başlanğıcıdır. Daha ətraflı: İnsan həyatının mərhələləri