Öləndə torpağın altında necə qalacağımdan qorxuram...

    25.09.2016
Kimdən: 
Gulya
Sual: 
Olmekden qorxuram cox qorxuram. Bilendeki nevaxtsa olecem torpagin altindan qorxuram. Elebiliremki orda men bogulacam meni ilanlar qurtlar yeyecek. Namaz da qiliram calisiram olumu yada salmayim. Neyneyimki o qorxu icimnen getsin?
Cavab: 

Salam aleykum. Ölümdən qorxmaq yox, çoxlu xeyirli əməllər edərək ölümə hazırlaşmaq lazımdır. Səhabələr və onlardan sonra gələnlər Allah rizasını qazanmaq üçün ölümü gözə alaraq Allah yolunda cihad etmişlər. Öləndən sonra torpağın altında qalmaqdan qorxmaq isə şeytanın vəsvəsəsidir, çünki ölən insanın ruhu bərzəx aləminə köçür və Qiyamət gününə qədər dünya ilə əlaqəsi olmur. Torpağın altında qalan isə cansız bir cəsəddir. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır". (əl-Mu'minun, 99-100). Belə vəsvəsələrin gəlməməsi üçün bu sahədə elminizi artırın. Daha ətraflı:
Möminin və kafirin ölümü
Can alan və sorğu-sual edən mələklər 
İnsan həyatının mərhələləri 

Paylaş: