Keşmiş illərin namazları qılınmır deyirsiz, buna dəlil nədir?
Və aleykum Salam. Namazın qəbul olmasının şərtlərindən biri də namazı vaxtında qılmaqdır. Səhlənkarlıq üzündən qılınmamış namazı vaxtından sonra qılmaq doğru deyil. Bu namazlar üçün tövbə etmək lazımdır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin nafilə namazları və saleh əməlləri (oruc, sədəqə və s.) artırın, çünki saleh əməllər günahların silinməsinə səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Yalnız üzrlü səbəbdən buraxılmış (yatıb qalmış və ya unudulmuş) namazları qəza etmək icazəlidir. Həmçinin oxuyun:
Namaza 20 yaşımda başlamışam, neçə ilin qəza namazlarını qılmalıyam?