Namaza 20 yaşımda başlamışam, neçə ilin qəza namazlarını qılmalıyam?

    26.12.2017
Kimdən: 
Samir
Sual: 
Salam aleykum. Allah elminize bereket versin. Mene komeklik etsez cox sevinerem. Cox sukur 20 yasimda namaza basladim. Men evvelki qilmadigim illerin qezasini qilmaliyam yoxsa yox ? Ve qeza namazini her gunun her namazina uygun qilmaliyam yoxsa nece ? Evvelceden cox sagolun
Cavab: 
Va aleykum Salam. İslamda əvvələr qılmadığım illərin qəza namazları anlayışı yoxdur. Səhabələr (Allah onlardan razı olsun) islama yeni girdikdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara keçmiş illərin qəzasını qılmağı əmr etməmişdi. Namaza başlayandan sonra, unudaraq və ya digər üzürlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: