Başqa qadına ana demək olarmı?

    16.11.2015
Kimdən: 
Şeli
Sual: 
Salam. Men oz Anamı uşaq vaxtı ıtırdım ve men oz Mullımemı ana kımı qebul etdım onunda evladı olmur gunahmı bu evladı olmayan bırıne evlad kımı yanaşmaq.. Hemde anam qebır ezabı cekermı men ona ana gozuyle baxb ana dedıyım ucun
Cavab: 

Və aleykum Salalm. Siz hər bir yaşlı qadına ehtiram və hörmət edərək ana kimi baxa bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ki­çiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə biz­dən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 356). Həmçinin, yaxın bildiyiniz adama hörmət məqsədilə ana deməkdə problem yoxdur. Uca Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...". (əl-Əhzab, 5). Qadağan olunan isə övladlığa götürülən uşağın başqa qadını ana bilib ona ana deməkdir. Həmçinin, doğma ananın qəbr əzabı çəkməsinin bununla əlaqəsi yoxdur.

Teqlər: 
Paylaş: