Vitr namazını bir rükət qılmaq olarmı və onu davamlı yoxsa ara-sıra qılmaq lazımdır?
Və aleykum Salam. Gecə namazı və vitr müstəhəb ibadətlərdəndir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu namazları davamlı şəkildə qılmışdır. Aişə anamız (Allah ondan arzı olsun) bildirmişdir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz (çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı". (əl-Buxari, 1079, 1147; Muslim, 1219, 1757). Vitr namazını bir rükət qılmaq icazəlidir. Bu namazı hər gecə qılmaq daha fəzilətlidir, lakin bəzən tərk etsəniz günah yoxdur, çünki vacib deyil. Sünnəyə uyğun olan gecə namazını imkan daxilində qılmaq və vitr ilə bitirməkdir. Ən gözəl əməl isə az da olsa davamlı olanıdır, buna görə bacardığınız qədər davamlı qılmağa çalışın. "Daim qılmalısan" deyə bir hökm yoxdur, yəni bunu bəzən qılıb, bəzən qılmayana günah yazılmır. Sadəcə bu namazı qılmaqla əldə olunacaq savabdan və böyük fəzilətdən məhrum olursuz. Həmçinin oxuyun: