Vitr namazı necə qılınır?
Aleykum salam. Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Gecə namazı iki-iki qılınır. Əgər sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız". (əl-Buxari, 990).
Vitr namazını həmçinin üç rükət də qılmaq olar. Bu halda ikinci rükətdə təşəhhüdə oturmadan və birbaşa üçüncü rükətə qalxırıq. Aişə anamız (Allah ondan arzı olsun) deyir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz (çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı". (əl-Buxari və Muslim).
Əgər vitr üç rükət qılınırsa aşağıdakı hədisdə deyilən surələri oxuyur. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) demişdir ki, "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vitr namazının rükətlərində "səbbih ismə rabbikəl alə", "qul yə əyyuhəl kəfirun" və "qul huvəllahu əhəd" surələrini oxuyardı". (ən-Nəsai; ət-Tirmizi).
Qunut duasına gəldiksə isə, peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) hərdən tutardı, hərdən də tutmazdı. Bu onu göstərir ki, vitrdə daim qunut duası tutmaq fərz deyil.