İqamə yerinə zikr demək və niyyət əvəzinə "əs-salatu" demək olarmı?
Sual:
Salam İqamə Əvəzinə 3 dəfə Sübhanallahi vəlhəmdulillahi və lə ilahə illallahu vallahu əkbər." Desək Olarmı Və Namaza Niyyət Etmədən Əs Salatı Əs Salatı Demək Olarmı ?
Cavab:
Və aleykum Salam. İqamə (iqamə gətirmək) namaz üçün şəriətdə təyin olunmuş xüsusi bir ibadətdir və onun özünəməxsus sözləri var. Onun yerinə “Subhanəllah, əlhəmdulillah, lə iləhə illəllah, Allahu əkbər” demək doğru deyil. Peyğəmbər ﷺ necə öyrədibsə, ibadətlər o şəkildə yerinə yetirilməlidir. İbadətdə dəyişiklik etmək bidət (dində yenilik) sayılır. Bu barədə ətraflı oxuyun:
Niyyət qəlbdə olur, dillə demək vacib deyil. Yəni ayrıca "niyyət etdim" və ya "əs-salət" deməyə ehtiyac yoxdur. Sadəcə namaz qılmağa qərar vermək kifayətdir. Həmçinin oxuyun: