Yaşam koçunun dini mövzulardakı sözlərinə etibar etmək olarmı?
Sual:
Salam. Məşhur yaşam koçun paylaşımına əsasən sual vermək istərdim ki, yaşımız qədər Ali-imran , Ya Rəzzak, İxlas və Nas surələrini oxumaq batil inanca daxil olurmu ?
Cavab:
Və aleykum Salam. Dinimizdə bir insanın yaşı qədər müəyyən sayda surə oxumaqla xüsusi təsir əldə etməsi kimi bir inanc yoxdur. Belə etmək bidət bir əməldir.
Ümumiyyətlə "Yaşam koçu" (life coach) insanlara həyatlarında məqsəd qoymaq, motivasiya tapmaq, plan qurmaq və problemləri idarə etməkdə istiqamət verən şəxsdir. Onlar adətən psixoloji dəstək, motivasiya və şəxsi inkişaf mövzularında məsləhətlər verirlər. Lakin onların din barədə dediklərinə etibar etmək düzgün deyil. Din məsələləri Quran, Sünnə və etibarlı alimlərin izahı ilə öyrənilməlidir. Əks halda insan bilmədən bidətə və ya yanlış inanca düşə bilər. Odur ki dini ibadətləri "yaşam koçun metodları" kimi təsdiqini tapmayan qaydalarla bağlamaqdan çəkinmək lazımdır. Həmçinin oxuyun: