Uşağa "Bərra" adını qoymaq olarmı? Zeynəb bint Cəhşin əvvəlki adı Bərra olub, bu doğrudurmu?

    20.04.2026
Sual: 
Əssələmu aleykum. Bərra adını qız uşağına qoymaq düzgündürmü? Mənə yuxuda deyilmişdi ki: "Əgər qızın olsa adını Bərra qoyarsan". Zeynəb bint Cəhşin öncəki ismi Bərra olub peyğəmbər səllallahu və əleyhi tərəfinfən dəyişdirilməsi haqqında da məlumat verərdiniz zəhmət olmasa Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Zeynəbin (Allah ondan razı olsun) əvvəl adı Bərra idi. Ona: "Sən özünü tə­mizə çıxardırsan"– deyildi, sonra Peyğəmbər ﷺ ona Zeynəb adını verdi. (əl-Buxari, 6192). Bu hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, möminlərin anası Zeynəb bint Cəhşin  (Allah onlardan razı olsun) əvvəl "Bərra" idi. "Bərra" adı "birr" (yaxşılıq, salehlik) kökündən gəlir. Ətrafdakı insanlar onun barəsində: "özünü tərifləyir"- dedilər, yəni bu adla o özünü mədh edir və təqvalı, saleh olduğunu bildirirdi. Buna görə Allah Elçisi ﷺ onun adını "Zeynəb" ilə dəyişdirdi. "Zeynəb" isə gözəl görünüşlü və xoş ətirli bir ağacın adıdır. Hədisdən çıxan nəticə budur ki, insanın özünü və ya övladını özünü tərifləyən adlarla adlandırması düzgün deyil. Məsələn: "Təqi" (çox təqvalı), "Zəki" (çox pak), "Əşrəf" (ən şərəfli), "Əfzəl" (ən üstün) kimi adlar bu qəbildəndir və bəyənilməz sayılmışdır. Həmçinin "Bərra" adı da bu qəbildəndir. Həmçinin oxuyun:

Uşağa ad qoymaq barədə

Teqlər: 
Paylaş: