Bir insanı halal həyat yoldaşı kimi Allahdan istəmək olarmı?
Və aleykum Salam. Allahdan bir insanı halal şəkildə qismət olması üçün istəmək icazəlidir və bu, Allahın qəzəbinə səbəb olmaz. Lakin istək belə olmalıdır: "Allahım! Əgər bu mənim üçün xeyirlidirsə, onu mənə nəsib et!", çünki insan hansı işin onun üçün xeyirli olacağını bilməz. Peyğəmbərimiz ﷺ belə demişdir: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə etsəydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi" (qadərallahu və mə şəə fəalə). Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır". (Muslim, 2664). İslam alimləri bildirmişlər ki, qul öz istəyini Allahın hikmətinə təslim etməlidir, çünki Allah daha yaxşı bilir. Buna görə, konkret bir insanı istəmək olar, amma onu mütləq deyil, xeyirlisi ilə istəmək daha doğrudur. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz" (əl-Bəqərə, 216). Həmçinin oxuyun: