Dualarımızda istədiyimiz hər şeyi əvvəlcədən Allah bizim üçün təqdir edibsə, nə üçün dua edirik?

    02.05.2018
Kimdən: 
Əkbər
Sual: 
Salam.Quranda(76:30)da yazıbki "Allah istəmədikcə siz istəyəməzsiniz", Birdə Hz Əli deyibki "Allah qəbul etmədiyi duanın əllərini səmaya açtırmaz" mən namazdan sora dua edəndə Rəbbimdən istəyirəmki imanlı qullarını,ailəmi,məni xəstəliklərdən(sağalmayan), bəlalardan uzaq eylə günahlarımızı bağışla və s. burdan belə çıxırki mənim duada istədiklərimi Rəbbim də isdəyir deyə və duamı qəbul edib istədiklərimi mənə verəcəy deyə mən Rəbbimdən bunları istəyirəm? Mən çox fikr eliyən biriyəm bir yerim ağrıyanda deyirm rak oldum bunları oxuyandan sonra rahatlamışdım və Rəbbimə güvənirdim ki qorxularımdan əminəm artıqsonra beynimdə fikir gəlirki duan olmuyacaq dua etsəndə rak olassan dua qorumayacaq səni
Cavab: 

Va aleykum Salam. Uca Allah yaratdığı her bir şeyin qədərini öz dərgahındakı Lövhi-Məhvuz adlı kitaba yazmışdır. Bununla yanaşı Uca Allah insana seçim azadlığı vermiş, peyğəmbərlər göndərmiş, kitablar nazil etmiş, orada itaət edən bəndələrinə böyük mükafatlar vəd etmiş, asilik edənlərə isə ağrılı-acılı əzab gözlədiyini xəbər vermişdir. Həmçinin, Uca Allah yalnız Onu çağırıb dua etməyi əmr etmiş və duaları qəbul edəcəyini vəd etmişdir. Ona görə də kim Allaha doğru əllərini açıb Ona dua edərsə, duasının qəbul olacağına şübhə etməsin. Lakin Uca Allah öz hikməti və mərhəməti sayəsində bəndənin istədiyini həyata keçirtməyi onun xeyri üçün məsləhət bilmədikdə ona istədiyindən daha xeyirli nemətlər bəxş edər və ya duasına görə onu bir bəladan qoruyar, yaxud duasının mükafatını axirətə saxlayıb artıqlaması ilə verər. Ona görə də Allaha açılan əllər geriyə boş qayıtmır. Bu deyilənlərin hamısı səhih hədislərdə öz təsdiqini tapmışdır. Uca Allahın: "Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!" (əl-İnsan, 29-30) ayəsinə gəlincə, burada Uca Allah Onun iradəsi olmadan heç bir şeyin baş vermədiyini, hətta insanın iradəsinin Onun iradəsindən və iznindən asılı olduğunu xəbər verir. Sözsüz ki, sizi dua etməyə və hər bir xeyirxah əmələ müvəffəq edən Allahdır. Əgər O, dua etməyi sizə nəsib edibsə, onu qəbul etməyi də sizin üçün nəsib edər. İmam Əlinin demək istədiyi də məhz bu mənadadır. İnsanı dua etməyə və duada nəyisə istəyib istəməməyə heç kəs məcbur etmir. Sadəcə olaraq insan istər qəlbə, istərsə də bədən üzvlərinə aid olan hər bir feilini Allahın istəyi və izni ilə həyata keçirir. Daha ətraflı:
Qədərə iman
Dua qədəri dəyişə bilərmi?
Qəza və Qədər nə deməkdir?
Qədəri bəhanə gətirənlərə cavab

 

 

Teqlər: 
Paylaş: