Vüsal adını dəyişməyə ehtiyac varmı?

    11.05.2026
Sual: 
Hədis var ki, Axirətdə hər kəs öz adı ilə çağrılacaq. Vüsal adı pis mənanı verirmi? Adı dəyişməyə ehtiyac varmı?
Cavab: 

Əssələmu aleykum. Vüsal adının əsli ərəb dilində وصل "vəsalə" feilindən gəlir. Mənası "çatmaq", yetimək", "birləşdirmək" deməkdir. Vüsal adı barədə "Azərbaycan şəxs adlarının izahlı lüğəti"ndə belə deyilir: "Vüsal sözündən olub, istəklisinə qovuşma, sevgilisinə qovuşma, nail olmaq mənalarındadır". Bu adın mənasında İslam dininə müxalif olan heç bir məna olmadığı üçün bu adı dəyişməyə ehtiyac yoxdur. 

Paylaş: