Puldan və ya başqa şeylərdən mərcləşmək olarmı?
Salam aleykum. İslama görə mərcləşmək və ya qumar məqsədi ilə oynanılan hər bir oyun qadağandır. Yəni iki tərəfin hansısa bir məbləğ və ya mükafat müqabilində mərcləşməsi icazəli deyil. Adi halda oynanması halal olan, hətta sağlamlığı gücləndirmək, intellekti artırmaq məqsədilə oynanılan oyunlar belə bu şərtlər daxilində haram olur. Əbu Hureyrə (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) xırda daşlarla və riskli yolla alış-veriş etməyi qadağan etmişdir. (Muslim).
Ancaq üçüncü tərəf onların arasında yarış məqsədi ilə mərc keçirə bilər. Məsələn; Quran, hədis, at, dəvə, oxatma, üzgüçülük, güləş, və.s bu kimi yarışlarında mərc etmək icazəlidir. Bu növ mərcin icazəli olması üçün əsas şərt qoyulan məbləğ, müsabiqə iştirakçıları tərəfindən deyil, kənar təşkilat, qurum və ya şəxs tərəfindən mükafat olaraq verilməlidir.