Uşaq yaşında məsciddə imam olmaq olarmı?

    01.05.2026
Kimdən: 
ƏLİ
Sual: 
Salam aleykum və rəhmətullahi və bərəkətuhu uşaq yaşında məsciddə imam olmaq olarmı?
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Namazı və dəstəmazı düzgün yerinə yetirə bilən uşağın imam olması icazəlidir. Əgər uşaq namazı yaxşı yerinə yetirirsə, sözlərini düzgün deyirsə, həddi-büluğa çatmasa belə, o, imamlıq edə bilər. Lakin yetkinlik yaşına çatan və Quranı daha yaxşı oxuyan biri varsa, onun imam olması daha üstündür. Amr ibn Sələmə (Allah ondan razı olsun) deyir ki, qövmüm Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanından qayıdanda bildirdilər ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Sizə Quranı ən çox biləniniz imam olsun!" Sonra məni çağırıb rüku və səcdəni öyrətdilər və mən onlara imamlıq etdim". (əl-Buxari, 4302). Bu hadisə zamanı onun təxminən 6-7 yaşı var idi, lakin Quranı ən çox bildiyi üçün qövmü ona imamlıq etməyi tapşırmışdı. Bu göstərir ki, əgər uşaq namazı düzgün qılırsa və Quran oxuması yaxşıdırsa, onun imamlığı səhihdir. 

Teqlər: 
Paylaş: