Zikrləri müəyyən sayda etmək mütləqdirmi, yoxsa daha çox etmək olar?
Və aleykum Salam. Allahı zikr etmək ibadət olduğu üçün onları Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Çünki ibadətin qəbul olması üçün iki şərtə əməl olunmalıdır. İbadət yalnız Allah rizası üçün və Peyğəmbərin ﷺ buyurduğu şəkildə olmalıdır. Peyğəmbərin ﷺ bizə öyrətdiyi zikrlər iki qismdir:
1) Müəyyən sayda edilən zikrlər. Bu növ zikrlər yalnız say məhdudiyyəti ilə deyilməlidir. Məsələn, hər vacib namazdan sonra 33 dəfə "Subhənəllah" (Allah Pak və Müqəddəsdir), 33 dəfə "Əlhəmdulilləh" (Allaha həmd olsun), 33 dəfə "Allahu Əkbər" (Allah Ən Böyükdür) və bir dəfə də "Lə İləhə illəllah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" (Allahdan başqa haqq ilah yoxdur, O təkdir və Onun heç bir şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!) demək bu növə aiddir. Bu növ zikrləri yalnız Peyğəmbərimizin ﷺ müəyyən etdiyi sayda demək lazımdır və bunların sayını nə azaltmaq, nə də artırmaq olmaz. Çünki belə etmək bidət (dində yenilik) sayılır.
2) Say məhdudiyyəti olmayan zikrlər. Bu zikrləri istənilən sayda demək olar. Məsələn, Peyğəmbərə ﷺ salavat demək, "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm), "Lə həulə və lə quvvətə illə biləh" (Allahdan başqa güc və qüvvət yoxdur!) demək bu növə aiddir. Bu zikrləri müəyyən say tətbiq etmədən istənilən sayda demək olar. Çünki Peyğəmbərimiz ﷺ bu zikrlərə say məhdudiyyəti qoymamışdır. Həmçinin oxuyun: