Ər-arvad ayrı qaldıqda bir-birinə qarşı duyduqları şəhvani arzuları günah sayılırmı?
Sual:
Salam aleykum. İnsanın yoldaşı ilə bağlı arzuladığı şəhvani hislər günah sayılırmı. Amma onlar ayrıldılar yəni ər iş ilə əlaqədar başqa ölkədədi. Yaxud da hələ nişanlıdılar(aralarında kəbin var)
Cavab:
Və aleykum Salam. Ər və arvadın bir-birini düşünməsi icazəlidir. Lakin bilmək lazımdır ki, bəzən bu cür düşünmək insanın şəhvətini oyadır və onu harama aparır. Çünki şəhvət insanın ağlına təsir edir və onu haram görüntülərə və ya əməllərə sürükləyə bilər. Odur ki müsəlman şəhvətini nəzarətdə saxlamaq üçün oruc tutmalı, gözünü haramdan qorumalı və fitnədən uzaq durmalıdır. Uca Allahın "Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir" (ən-Nur, 21) ayəsini unutmamalıdır. Həmçinin oxuyun: