Qulağa məsh çəkərkən zamanı hansı hissələrə məsh etmək kifayətdir?

    26.04.2026
Sual: 
Əs Sələmu Aleykum. Dəstəmaz alarkən qulaqlara məsh edəndə, təkcə baş barmaq ilə qulaqların arxasına məsh çəkib işarət barmağını qulağa daxil etmək kifayətdir yoxsa işarət barmağı ilə qulağın 'rakuşka'sıda məsh edilməlidir?
Cavab: 

Və aleykum Salam. Məsh çəkərkən məhs çəkilən əzanın hamısının yaş olması şərt deyil. Qulağa məsh çəkərkən şəhadət barmaqları qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qulaqlar da başa aiddir". (İmam Əhməd və Əbu Dəvud). Həmçinin oxuyun: 

Dəstəmaz necə alınır?

Teqlər: 
Paylaş: