Tanınmış firmaların saxta (təqlid) mallarını satmaq olarmı?
Sual:
Salam alekum hermes loro piana nike adidas belə orginal markalar var ama biz binə bazarlardan bunun kopyasını alıb ucuz qiymətə satırıqsa yəni paltarları alıb o markaların şəkilləri paltarların üstündə olur belə gətirib kopyasını ucuz ya normal qiymətə satmaq halaldı yoxsa haram
Cavab:
Və aleykum Salam. Hər hansı bir orijinal malın saxtasını (təqlidini) satmaq bir şərtlə icazəlidir ki, satan şəxs bu malın orijinal olmadığını, saxta olduğunu satıcıya bildirsin. Əgər satıcı malın orijinal olmadığını bildirərsə və alıcı bunu qəbul edərsə, bu halda satmaq icazəlidir. Lakin bu malları orijinal adı ilə satmaq qadağandır.