Depozit qoyub video izləməklə qazanc əldə edilən "Any Unboxing" sistemindən gələn pul halaldırmı?

    15.05.2026
Sual: 
Mən Any unboxing şirkətinə qoşulmuşam,və orda şirkətə 20 AZN vermişəm depozit kimi, şirkət mənə video izləməklə günə 1 AZN verir ,mənim verdiyim 20 aznı götürsəm o pulu haram olar?
Cavab: 

Əssələmu aleykum. Əgər bu sistemin əsası həqiqi ticarət və halal xidmət yox, sadəcə pul qoyub qarşılığında zəmanətli qazanc almaqdırsa, bu məsələ harama və faizə bənzər qazanca yaxın olur. Çünki video izləmək sadəcə formal xarakter daşıyır. 20 AZN qarşılığında video izləməklə müəyyən müddətdə əlavə pul qazanmaq şəbəkə ticarətinə bənzəyir. Odur ki bu kimi şirkətlərdən uzaq durmaq lazımdır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sənə şübhəli olan şeyləri tərk edib, şübhəli olmayanı götür!..." (ət-Tirmizi, 2518; Əhməd, 1630; İbn Hibban, 722; ən-Nəsəi, 5615). Həmçinin demişdir: "Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunu bilməzlər. Kim şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli məsələlərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir" (əl-Buxari, 52; Muslim, 1599). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: