Şiddətli vəsvəsə halı yaşayan insana şəriət hansı güzəştləri verib?

    07.05.2026
Kimdən: 
Seyla
Sual: 
Salam aleykum. Mən şiddətli OKB (vəsvəsə) xəstəliyindən əziyyət çəkirəm. Tək namaz qılarkən 4 rükətli fərz 15 dəqiqə çəkir, təkbir gətirməkdə çətinlik çəkirəm. Bu səbəbdən namazı 60 yaşlı anamla o imam duran halda qılmaq istəyirəm. Lakin anamın təcvidi yoxdur, Fatihə surəsində namazı batil edə biləcək səhvlər edir. Mən onun arxasında durub özüm də Fatihəni oxusam, namazım keçərli sayılarmı? Əgər imamın (anamın) oxunuş səhvinə görə onun namazı batil olarsa, bu birbaşa mənim də namazımı batil edirmi? Bu ağır vəsvəsə halında şəriətin mənə verdiyi icazə və asanlıq nədir?Allah üçün mənə yol göstərin. Hem niyetlerde problem yasiyram hem destamazda temizdimi elimde sabun qaldimi.
Cavab: 

Və aleykum Salam. Və aleykum salam. Yaşadığınız hal şeytanın vəsvəsəsidir və şəriətdə belə hallarda əsas qayda asanlaşdırmaq və vəsvəsəyə uymamaqdır. Dörd rükətli fərz namazın 15 dəqiqə çəkməsi normal deyil. Sizə vacib olan təkbir gətirib namaza başlamaq və artıq şübhələrə məhəl qoymamaqdır, çünki vəsvəsəyə tabe olmaq onu daha da gücləndirir. Ananızın imam olması məsələsinə gəlincə, əgər o, əl-Fatihə surəsini namazı batil edəcək şəkildə səhv oxuyarsa, hətta siz özünüz ayrıca oxusanız belə, ona tabe olmağınız doğru deyil. İmkan daxilində ona əl-Fatihə surəsini doğru şəkildə oxumağı öyrədin. 

Buna görə daha doğru yol ya tək qılmaq və vəsvəsəni rədd etmək, ya da düzgün oxuyan birinin arxasında qılmaqdır. Şəriətin belə hallarda verdiyi asanlıq budur ki, dəstəmazda və niyyətdə gələn şübhələri tamamilə görməzlikdən gəlmək, dəstəmazda üç dəfədən artıq yuyunmamaq, quru yerin qalıb-qalmaması kimi şübhələri tərk etməkdir. Niyyət isə qəlbdədir, onu təkrar-təkrar demək və ya düşünmək lazım deyil. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: