Paltarları yuduqdan sonra təmiz olmadığı barədə vəsvəsə gəlir, nə edə bilərəm?

    23.09.2025
Kimdən: 
Sems
Sual: 
Mene vesvese gelir paltarlarimi elimde yuya bilmirem elebilirem temiz olmur temiz paltarlarimda beynim ikisir getirib tezeden yuyuram ne edim bilmirem
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Təmizlik imanın yarısıdır". (Muslim, 223). Lakin İslam dini hər bir məsələdə orta mövqe tutmağı və həddi aşmamağı buyurur. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) təmizlikdə həddi aşmaqdan çəkindirərək demişdir: "Həqiqətən bu ümmətdən təmizlikdə və duada həddini aşan bir tayfa olacaqdır". (Əbu Davud, 96). Təmizlik məsələsində həddi aşmaq vəsvəsələrin təsirinin nəticəsidir. Vəsvəsədən xilas olmağın yolu isə bu vəsvəsələrə fikir verməməkdir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: