Nəcasətdən təmizlənmək vəsvəsə halına gəlib, mən nə edim?

    12.04.2016
Kimdən: 
Banu
Sual: 
Salam.cox sual verdiyime göre bagislayin.heyatim cehenneme dönub nefes almaq bele meni bezdirib.1)2körpe usagim var.tez tez sidik qacirdillar,karsoka öyretdiyime göre.Birde göruremki ellerini sidiye vurub esyalara qapiya skaflara vurublar.her defe temizlemekden yoruldum.hec1seye toxuna bilmirem evde.2)usaqlari yuyarken necisden temizlerken ayaqlarim ayaqqabim hemise islanir.hetta paltarin etekleride.her defe paltar deyismekden yuyunmaqdan cox su israf edirem.evdekilerlede münasibet pozuldu.hami cox su isletdiyimden sikayet edir,her seyi namazlarim qebul olsun deye etdim.ama her kesi yoldasimi usaqlarimi ozumden uzaqlasdirdim.ne olar mene1yol gösterin.
Cavab: 

Və aleykum Salam. Şəriət təmizlənmək üçün bizə nəyi öyrədibsə, onunla kifayətlənməliyik. Əgər sidik dəyən yer, uşaqların sidikli əlləri dəydiyi yer gözlə görünən halda, yəni nəm haldadırsa, oranı yaş bir parça ilə təmizləmək lazımdır. Çünki, su təmizləyicidir. Amma şübhə ilə yanaşmaq ki, "bəlkə dəyib"- bu qadağandır. Həmçinin, əgər nəcis dəyən yer quruyubsa, nəcis olan şey nəcislikdən çıxır.
Uşağı təmizləyəndə üstünüzə sıçrayan su cüzi miqdarda nəcislə qarışan sudur. Bu da artıq su sayılır. Eyni zamanda paltarda və ya ayaqqabıdadırsa, həmin yeri məsh edə bilərsiniz. 
İbrahim ibn Abdur-Rahmən ibn Ovfin (Allah ondan razı olsun) uşaqlarından birisinin anası, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoldaşı Ummu Sələmədən (Allah ondan razı olsun) soruşur: "Mən uzun ətəyli paltar geyinən qadənlardanam. Hərdən, natəmiz yerlərdən keçirəm, mən necə edim? Ummu Sələmə deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Ondan sonra gələn (yəni, paltarın sürtüldüyü pak torpaq) onu təmizləyir". (İbn Məcəh, 531).
Sudan da çox istifadə etməyə ehtiyac yoxdur. Ona görə gözlə görmürsünüzsə, paltar təmiz sayılır. Həmçinin, paltarı dəyişməyə ehtiyac yoxdur. Belə hallar vəsvəsə xəstəliyi ilə əlaqədardır. Allah kömək olsun. 

Teqlər: 
Paylaş: