Heyzin bitdiyini sanıb qüsl alan, sonra yenidən ləkə görən qadın namaz qılmalıdırmı?
Sual:
Bax mən martın 25i heyz oldum. 30u yəni dünən bitdiyini sanıb qüsl alıb sübh zöhr və əsr namazlarını qıldım. Lakin şam namazını qılanda alt paltarımda 10 damcıya yaxın qan gördüm. Namazı qılmadım. Və dünənnəndə alt paltarıma batmır amma salfetlə yoxlayanda qəhvəyi rəng ləkə gəlir. 30u qıldığım namazlar batildi? 31i yəni bu gün namaz qılmalı idim?
Cavab:
Əssələmu aleykum. Adətən heyz müddəti bitdikdən və qadın təmizlənmə əlamətlərini görüb qüsl aldıqdan sonra gələn qan heyzdən sayılmır. Əgər gördüyünüz ləkə hələ də heyz müddətinə daxildirsə, o zaman əvvəl qıldığınız namazlar düzgün sayılmır və həmin günlərdə namaz qılınmır. Yox əgər heyz həqiqətən bitmişsə, sonra gələn ləkə istihazə (xəstəlik qanı) sayılır və bu halda qıldığınız namazlar keçərlidir. Bu barədə ətraflı oxuyun: