Qadınlar yalnız gümüş və qızıl üzük taxmalıdır?
Sual:
Bureydanın (r.a.) rəvayətinə görə, barmağında dəmir üzük olan bir kişi Allah Rəsulunun (s.a.s.) yanına gəldi. (Üzüyü görüb) dedi: "Niyə bəzilərinizdə Cəhənnəm əhlinin zinətini görürəm?" Kişi dərhal üzüyü çıxarıb atdı. Sonra sarı (mis) üzük taxaraq qayıtdı. Bu dəfə dedi: "Niyə sizdə bütlərin qoxusunu hiss edirəm?" Daha sonra qızıl üzük taxaraq qayıtdı. Bu dəfə dedi: "Niyə sizdə Cənnət əhlinin zinətini görürəm?" Kişi soruşdu: "Bəs niyə üzüyüm olmalıdır?" O dedi: "Qoy gümüş olsun, amma çəkisi bir miskaldan çox olmasın." [Tirmizi, Libas 43, (1786); Əbu Davud, Hatəm 4, (4223)].
Bu hədis doğrudurmu? Qadınlar yalnız gümüş və qızıl üzük taxmalıdır?
Cavab:
Əssələmu aleykum. Hədis alimləri sualda qeyd etdiyiniz hədisin sənəd və mətn baxımından zəif olduğunu bildirmişlər. (Bax: Daif Əbu Davud, 4223). Odur ki bu mətn üzərində qəti hökm qurmaq doğru deyil. Səhih dəlillərlə sabit olan isə budur ki, dinimizdə kişilərə qızıl haram, gümüş isə icazəlidir. Qadınlara isə qızıl və gümüş zinət olaraq halal edilmişdir. Dəmir və mis üzük məsələsində isə açıq qadağa sabit deyil, odur ki həm kişilər, həm də qadınlar istənilən metaldan zinət əşyaları taxa bilərlər. Həmçinin oxuyun: