Allahdan İmam Mehdi ilə bu dünyada görüşməyi diləmək və Fərəc duasını oxumaq olarmı?
Və aleykum Salam. Dinimizə görə, Mehdi Peyğəmbərin ﷺ nəslindən olan, adı Peyğəmbərin adı ilə, atasının adı isə Peyğəmbərin atasının adı ilə eyni (yəni Muhəmməd ibn Abdullah) olan saleh bir insandır və o, Qiyamətə yaxın bir zamanda gələcəkdir. Lakin onun hazırda dünyada gizli şəkildə yaşadığına və ya qeybə çəkildiyinə dair səhih dəlil yoxdur. Peyğəmbər ﷺ buyurmuşdur: "Mehdi mənim Əhli-beytimdən, Fatimənin nəslindəndir" (Əbu Davud, 4284). Mehdi barədə ətraflı oxuyun:
Hədislərdə bildirilir ki, Mehdi firnələrin çoxalacağı və yer üzün zülm və haqsızlıqla örtüləcəyi bir vaxtda çıxacaq. O yer üzündə ədaləti bərqərar etmək üçün çıxacaq. Allahdan Mehdi ilə görüşməyi istəmək fitnələrin və zülmün tezləşməsini istəmək deməkdir. Odur ki belə dua etmək doğru deyil. Çünki onun zühuru Allahın hikmət və təqdiri ilə baş verəcək. Bu zühurdan əvvəl böyük fitnələrin meydana gəlməsi də Allahın təqdirinə bağlıdır. Müsəlmana isə fitnələrin tezləşməsini istəmək deyil, Allahdan salamatlıq və dində sabitlik diləmək əmr olunmuşdur.
Fərəc duasına gəlincə, müsəlman Allahdan sıxıntıların aradan qalxmasını, ümmətin islah olunmasını, fitnələrdən qorunmasını və xeyirin tezliklə gəlməsini diləyə bilər. Lakin dinimizdə İmam Mehdinin zühurunun tezləşməsi, onun gəlişi ilə insanların çətinlik və sıxıntılardan qurtulması üçün oxunan xüsusi dua yoxdur. Həmçinin oxuyun: