10-04-2026 Huseyn
Salam bir damci sperm pasyelə düşər quruyar və orda yatmağ qüsulu pozarmi ?
Cavab:

Əssələmu aleykum. Xeyr, sperma dəyən yataqda yatmaq qüslü vacib etmir. Qüsl yalnız spermanın şəhvətlə çıxması və ya cinsi əlaqə halında vacib olur. Ətraflı oxuyun:

ardını oxu
09-04-2026 Günay
Ailəliyəm yoldaşımın ailəsi ilə bir yerdə yaşayıram. 10 ildi qaynatadan haqsız sözlər eşidirəm.ayrı evə qoymurlar burda da dözə bilmirəm yetiməm nə edim? Hansı duanı necə edim ki mən gün üzü görüm.
Cavab:

Əssələmu aleykum. Həyat yoldaşı öz zövcəsini münasib və təhlükəsiz şəraitlə təmin etməyə məsuldur.

ardını oxu
09-04-2026
Əssalamu Aleykum və Rəhmətullahi və Bərakatu əlhəmdulillah. Birinə məsləhət vermək dini tərəfdən gözəl bir şeydir?Amma gözəl məsləhət vermək. Birdə quran oxuyarkən şeytan vəsvəsə verir hətta dua edərkən də vəsvəsə verir. Bunun üçün nə etməli.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, dinimizdə gözəl və hikmətli şəkildə məsləhət vermək savab və bəyənilən bir əməldir. Bir insanı islah etmək, səhvlərini düzəltmək məqsədilə, təklikdə, insanların içində eyiblərini açmadan ona nəsihət etmək və məsləhət etmək icazəlidir.

ardını oxu
09-04-2026
Salam. Supermarketler sebekesinin loteraya ile emekdasligi varsa, ona aid (poz qazan kimi) seyler de satırsa, menim burada islemeyim haram ola bilermi? Bezi menbeler deyirki eger bir sirketin esas gelir menbeyi halaldirsa problem olmaz.
Cavab:

Və aleykum Salam.


1) Bu cavabı oxuyun:

ardını oxu
09-04-2026
Salam.Men orucu gece seherecen telefonda nerd oynayib,imsakdan sonra axsam 19:00qədər yatan adamla oruc tutmaq istəmirəm.belə əsəb dolu orucu istəmirəm.bu səbəbdən aciqimdan orucu buraxsam gunahdirmi?
Cavab:

Və aleykum Salam. Ramazan orucu İslamda vacib ibadətlərdəndir və əsəb, narahatlıq və ya başqasının davranışı səbəbilə onu bilərəkdən pozmaq günahdır. Başqasının gecə oyun oynayıb gündüz yatması sizi narahat etsə də, bu onun əməlidir və siz öz əməllərinizə görə məsuliyyət daşıyırsınız. Əsəb və sıx

ardını oxu
09-04-2026
Bilirəmki duada səbəb tutmaq lazımdır . Məsələn insan Allahdan ruzi istəyirsə gedib işləmədir. Deyirlər ki Səbəb tutmadan Allaha təvəkkül edən allahın hikmətinə tənə vurmuş olur bu düzdürmü ? Mən işləmirəm tələbəyəm pulumu qənaətlə xərcləyirəm.
Cavab:

Əssələmu aleykum. İslamda təvəkkül səbəbləri tərk etmək deyil, səbəblərlə birlikdə qəlbin Allaha bağlanmasıdır. Alimlər bildirmişlər ki, kim səbəbləri tam tərk edib yalnız "təvəkkül edirəm" deyərsə, bu naqis təvəkkül sayılır. Çünki Allah bu dünyanı səbəblər üzərində qurmuş və bizə də onlardan ist

ardını oxu
08-04-2026 Aydınan
Salam göz zinasınan sonra qüsul vacibdi? Yetim biri ilə mutə nigahı qıla bilərəm?
Cavab:

Və aleykum Salam. Göz zinası qüslü vacib etmir. Ətraflı bu cavabları oxuyun:


Mutə nikahı nədir?

ardını oxu
08-04-2026 Necibe
Salam Aleykum men namaz qılıram bir ildi de hicab bağlayıram amma ne qeder özümü heveslendirmeye çalışıram hşcaba qarşı arada heveslenirem daha sonra yene imanımı zeifledir sanki isteksizlik yaratdığı üçün namazı bele gücle qılıram evvel bele deyildim amma eslinde isteksiz olduğum hicabdır taxmaq id
Cavab:

Və aleykum Salam. Bildiyimiz kimi iman bəzən artır, bəzən də azalır, zəifləyir. Bu, müsəlman üçün təbii olan bir haldır. İmanın artıb azalmasına bir çox amillər təsir edir. Bu amillərdən biri də ətraf mühitdir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
08-04-2026 Anonim
Salam aleykum.Bezen insanlar terefinden cox teklenirem. En kicik bir bidet olmasin deye yasadigim ucun, sunneye sarildigim ucun. Meselen Novruz bayrami ve s. Kecirirler deye ovladimi o şenliklere gondermirem buna gore insanlardan cox tezyiq aliram. Herkesin qınaq obyektine cevrilirem.
Cavab:

Və aleykum Salam. Müsəlman Sünnəyə sarılmalı və bidətlərdən uzaq durmaqda səbirli olmalıdır, insanların qınağı isə onu bu yoldan döndərməməlidir. Uca Allah buyurur: “Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun!” (əl-Maidə, 44). Həmçinin buyurur: “Mə­gər onlardan qor­xur­su­nuz?

ardını oxu
08-04-2026 Toğrul
Allah və şeytan rəqibdir?
Cavab:

Əssələmu aleykum. Uca Allaha heç kim və heç nə rəqib ola bilməz. Çünki Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı və quludur. Şeytan da Allahın yaratdığı bir məxluq və Allahın quludur. Odur ki Allah ilə şeytan heç vaxt rəqib ola bilməz.

ardını oxu
08-04-2026 .
Salam halal sevgiye dua edib qovuşmağ istemeyim Allahla danışıb demişdim hemişe senen istiyecem əyər xeyirsizde olsa senin gücün yetir onu xeyirli edib bizi qovuşdurmağa çox qərarslz qalmışam ayırılmışığ onu gözlemeyden yorulmuşam sebrim çatmır dözə bilərəm ama əvvəl ki kimi istek yoxdu Allaha xatir
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah hər şeyə qadirdir və Onun gücü çatmayan heç bir iş yoxdur.

ardını oxu
06-04-2026
Salam Axıntı gələn zaman dəstəmazın pozulduğunu bildim cavablardan baxıb amma başqa birşey maraqlı qaldı elə olduğu halda həm dəstəmaz alıb həmdə yuyunmaq lazımdır? Yəni övrət yeri yuyulmalıdır?
Cavab:

Və aleykum Salam. Bəli, axıntı gəldikdə övrət yerini yumaq və sonra dəstəmaz almaq lazımdır, qüsl isə vacib deyil. Həmçinin oxuyun:

ardını oxu
06-04-2026
Aybaşından bir neçə gün sonra yeniden qan gelerse ve bu 2 3 gün davam ederse bu aybaşı sayılır yoxsa istihaze ? Bunun üçün aybaşı yoxsa istihaze qüslü vacibdir?
ardını oxu
06-04-2026
Əssəlamu əleykum mən namazlarımı hər zaman dayımın yataq otağında namaz qılıram dayım deyir bu günahdır bilmek istərdim bu heqiqetenmi günahdır?
Cavab:

Və aleykum Salam. Yataq otağında namaz qılmaq olar, çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bəzən zövcəsinin yataq otağında namaz qılardı. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
06-04-2026 Fuad
Salam,mən fevralın 19u oruca başlamışam.deyirlər martın 20si bayram namazıdır və 20si oruc tutulmur.hesablıyıram 29 gün edir ay tamamlanmır.
Cavab:

Va aleykum Salam. Azərbaycanda Ramazan ayı fevral ayının 19-cu başladı. Mart ayının 20-si Ramazan bayramı elan olundu. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün ola bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ay iyirmi doq­quz gecədir.

ardını oxu
06-04-2026
Oruclu halda başqa rayona getmək olarmı?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Oruclu ikən uzaq yol getmək olarmı?
ardını oxu
05-04-2026
Salam Aleykum Debet kartda qalıq pula hesablanan faizi meselen avtomobil üçün yazılan cerimeye ödemek olar? Bilmeden yığılıb kartda çox mebleğ deyil.
Cavab:

Və aleykum Salam. Debet kartda qalıq pula hesablanan faizi insan özünə xərcləyə bilməz. Bu puldan xilas olmaq məqsədilə onu bir kasıba və ya İslam üçün faydalı olan bir işə xərcləmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
05-04-2026
Salam aleykum. Mən neçə vaxtdır dua edəndə bədənim əsir, dəhşət tərləyirəm, güclü stress keçirirəm. Bu namazda da arada olur. Namazlarımı rahat qıla bilmirəm. Bu nədən olar?
Cavab:

Və aleykum Salam. Bu hal adətən şeytanın verdiyi vəsvəsələrdən qaynaqlana bilər. Belə olduqda Allaha sığının, sakit şəkildə davam edin və bu hisslərə çox əhəmiyyət verməyin. Əgər bu hal davam edərsə və artarsa, psixoloji və ya tibbi səbəbləri yoxlamaq üçün mütəxəssisə müraciət etmək lazımdır.

ardını oxu
05-04-2026 Kimse
kişi ve qadın faktiki resmi olaraq dövlet zaksda boşanıb amma kebin geri oxunmayıb.bele halda şeriyytin hökmü nedir?
Cavab:
ardını oxu
05-04-2026 Əli
Əssəlamun Aliykum bildirimki 15 Yaşlı gəncəm 1) 2 dəfə orucu pozmuşam və kəffarə verməyə imkanım yoxdur bu mənim boynumda qalır böyüyəndə verə bilərəm? 2) kaffarə verərkən 2 kəffarəm olduğu üçün 120 ya oruc yada 120 fəqiri yedirtmək mən 1 fəqirə 120 fəqrin yeməyini yedirdə bilərəmmi?
Cavab:

Və aleykum Salam. 

ardını oxu
05-04-2026 Əli
Əssələmu aləykum mənim hal hazırda 20 yaşın var və əvvəllər 4 5 il əvvəl mən tez tez masturbasiya edirdim və artıq yadımda deyil ki mən o zamanlar qüsl alırdım namaz qalanda ya yox ya da sadəcə dəstəmaz mı alırdım. Və niyə belə etdiyimi də xatırlamıram.
Cavab:

Və aleykum Salam. Va aleykum salam, bu cür keçmişdə dəqiq xatırlamadığın və şübhə etdiyin hallar üçün qəza namazı qılınmır, səmimi tövbə edib Allahdan bağışlanma diləməyin kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
02-04-2026 Umm Omar
AssalamuAlaikum. Saçlarımda giriglar var ve bunu goturtmek isteyirem. Ama yoldaşım izin vermir. İzin vermemeye haggi var mi? Ve ya izin vermediyi halda kestire bilerem?
Cavab:

Və aleykum Salam. Ailə həyatında kişi yalnız ailənin əsas məsuliyyətləri ilə bağlı məsələlərdə söz sahibidir. Qadının şəxsi işlərinə — necə geyinməsi, nə yeməsi və ya saçına necə qulluq etməsi kimi məsələlərə qarışmaq haqqı yoxdur.

ardını oxu
02-04-2026 Gulzar
Aleykum salam menim 3 ayliq qizim var bed nezere cox inanir deye qetiyyen hevbir sekilin paylasmiram ve sosial sebeke istifade etmirem ama qayinatam tiktokda paylasmisdi mende paylasmamasiini ve sebeblerini izah eledim ( usaqlari suni intelektle basqa cur duzeeldirler son vaxtlar usaq ogurlugu ve s
Cavab:

Və aleykum Salam. Uşağın şəklini paylaşmamaq sizin haqqınızdır və ana olaraq övladınızı qorumaq məsuliyyəti daşıyırsınız. Bəd nəzər (göz dəyməsi) haqdır və bundan qorunmaq üçün səbəblərdən istifadə etmək (məsələn, şəkil paylaşmamaq) vacibdir. Eyni zamanda, təhlükəsizlik səbəbi ilə sosial şəbəkədə

ardını oxu
02-04-2026
Salam aleyküm.İlk olaraq bəzi vaxtlarda duaların xüsusilə qəbul olunduğu qeyd olunur.Bu zaman əgər gecənin 3/1i məsələn 02:10a gəlirsə sadəcə həmin saat üçün keçərlidir yoxsa sübhə qədər olan vaxt.Tez tez zikrlər edərkən və ya gündəlik işləri görəndə vəsvəsəyə düşürəm.Bu səbəbdən ağıldan imanla,sağl
Cavab:

Və aleykum Salam. 

ardını oxu
02-04-2026 42
Salam Aleykum, mənim psixoloji içimdə bəzi narahatçılıqlar var hansı ki psixologiyada buna anksiyete və ruminasiya deyilir.
Cavab:

Və aleykum Salam. İslam dinində bu cür davamlı, qeyri-ixtiyari gələn düşüncələr "vəsvəsələr" adlanır. Vəsvəsələrin mənbəyi isə şeytandır. Şeytan insanı narahat etmək, onu kədərləndirmək üçün müxtəlif yollara əl atır.

ardını oxu
02-04-2026 Salafy
1) İT sahəsində UX/UI dizayner kimi çalışmaq, insanların işini asanlaşdıran rəqəmsal layihələr hazırlamaq İslami baxımdan halal və faydalı bir peşə sayılırmı?" 2) Saqqal çıxarmaq üçün dermarollerdən və tərkibində spirt olan minoksidil məhlulundan istifadə etməyin şəriət baxımından bir qadağası
Cavab:

Əssələmu aleykum.

ardını oxu
01-04-2026
Namaz qılmaq üçün 1-ci salavat yoxsa qüsl?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
01-04-2026
Nişanlı nişanlı başqasını sevmək günahıdır?
Cavab:

Əssələmu aleykum. Bəli, nişanlı ikən başqasını sevmək günahdır, çünki bu, əhdə xilaf çıxmaq və nişanlı olduğunuz oğlana xəyanət etmək sayılır. Uca Allah əhdə sadiq olmağı əmr edərək buyurur: "...Əhdə vəfa qılın.

ardını oxu
01-04-2026 ibrahim
Salam eseb sakitleşdirici dualar bilirsiz
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?

ardını oxu
01-04-2026
Salam aleykum mən orucumu açıram deyə söz fikirləşmişdim oruclu halda orucumu pozdum? Zəhmət olmasa cavab verə bilərsiz? Mən buna görə narahatam
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
01-04-2026
Nəfslə cihad etmək istəyirəm lakin, bir yandan da çəkinirəm (içimdə qəribə bir hiss var) sanki qorxuram davam etdirə bilməyəcəm. Ya aldanmağa qarşı nə etməliyəm? Ya nəfsim məni, onu tərbiyə etmək üstündən aldatsa? Necə bilə bilərəm?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Nəfslə mübarizə etmək
ardını oxu
31-03-2026 Sebine
Men orucam.amma ozumu yaxsi hiss etmirem.orucumu açsam sonra qeza tutmaliyam?
Cavab:

Əssələmu aleykum. Xəstəlik və ya narahatçılıq səbəbindən Ramazan ayında orucunu açan şəxs Ramazan ayından sonra orucu açdığı günlərin sayı qədər qəza orucu tutmalıdır. Ətraflı oxuyun:

ardını oxu
31-03-2026
Salam aleykum. Uşaqlara ixlas, fələq və nas surələrini necə oxumaq lazımdır? Qorunmaları üçün. Bir də ayət əl kursi və fatihəni. Əlini bədəninə qoyub oxumaq lazımdır? Yoxsa oxuyub üzünə üfürmək? Cəzəkəallahu xeyrən
Cavab:

Və aleykum Salam. Əllərini cütləşdirib onların içinə əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini ovucun içinə bir dəfə oxuyub daha sonra isə əlləri baş və üz nahiyəsindən başlayaraq uşağın bədəninin hər yerinə sürtmək lazımdır. Bunu üç dəfə təkrar etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
31-03-2026
Salam Aleykum ilk novbede ALLAH Tutdugunuz oruclari qildiginiz namazlari qebul etsin.
Cavab:

Və aleykum Salam. Ölüm əzəldən təyin olunmuş əcəldir. Əcəl insanı nə bir saat qabaqlayar, nə də gecikə bilər. Ölümdən qaçmaq mümkün deyil. Uca Allah bu xüsusda buyurur: "Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq.

ardını oxu
31-03-2026
Salam aleykum Bir nənə istəyirki nəvəsi ona ana deyə müraciət etsin.İslamda belə bir şey olarmı?
Cavab:

Və aleykum Salam. Nənəyə müraciət edərkən hörmət əlaməti olaraq ona "ana" demək şəriətlə icazəlidir. Ətraflı oxuyun:


Başqa qadına ana demək olarmı?

ardını oxu
31-03-2026 Nermin
Salam ilk önce sualım budur ki heyz qusulu alarken indi çimirikde onu evvel alaırıq yoxsa sonra bir dene onu mene deyerdiz
Cavab:

Va aleykum salam. Heyz qüslünü çimdikdən və təmizləndikdən sonra almaq daha yaxşıdır. Həmçinin oxuyun:


Çimdikdən sonra qüsl almağı unudan nə etməlidir?
ardını oxu
30-03-2026 Rauf
Selem Aleykum övladimin 6 yaşi var mekteblerinde Novruz ve yaxud Yeni il şənliyi olarsa o tedbire menim icaze vermeyim doğrudurmu ya uşaq tedbire getmelidi ya yox?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
30-03-2026 Yusibov Elman
Salam Aleykum ilk öncə Ramazan ayınız mübarək olsun.Buyurursunuz ki,keçmiş illərin yeni məsəl üçün mən 27 yaşında namaza gəlmişəm və ondan əvvəlki illərin qəza namazı boynunda haqq olaraq qalmır???.
Cavab:

Və aleykum Salam. Namazın qəbul olmasının şərtlərindən biri də namazı vaxtında qılmaqdır. Səhlənkarlıq üzündən qılınmamış namazı vaxtından sonra qılmaq doğru deyil. Bu namazlar üçün tövbə etmək lazımdır.

ardını oxu
30-03-2026 ....
Əssələmu aleykum ve rehemtullah ve berkeetuhu muselmana quruplarda statuslarda yazirlar sağ olan biri üçün dua edin xesteliyile.bagli. men esitdiyme göre beyenilmir insanlardan dua istemek bu abrede yazarsiz zehmet olmasa
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabı oxuyun:


Seyiddən mənim üçün dua etməsini istəmək olarmı?
ardını oxu
30-03-2026
Salam aleykum mən fikirləşdim orucumu açıram bu niyətlənməkdi? Orucum pozuldu? Zəhmət olmasa tez cavab verə bilərsiz?
Cavab:

Və aleykum Salam. İnsan hətta heç nə yeyib-içməsə belə, orucu artıq açdığını qəti şəkildə niyyət edərsə, orucu pozulur. Əgər sadəcə açmaq istədiyini qəlbindən keçər, lakin açmazsa, orucu pozulmur. Çünki əməllər niyyətə görədir. 

ardını oxu
30-03-2026
Öncəliklə bildirim ki qaynanam baxicidir.Bu yanına gələnlərə baxır ,nəsə yazıb verir,və qarşılığında pul alır.Və məni heç gözü götürmür.Bir evde yaşayırıq.11ildir evliyəm.Baxiciligini mənim cehizlərim olan qonaq otağında edir.Təzəlikcə cehizlik mebelimdə mismar çəkiclə vurulduğunu gördüm.Evde hamıda
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Divara sancılmış mismar cadu ola bilərmi?

ardını oxu
29-03-2026
Salam Aleykum,namazda hər hansı surənin ortasından və ya axırından ayə olunursa, o ayəni bismillahir Rahmənir Rahim lə baslamaq lazımdır, yoxsa ənzu billəh minəşşeytanirrəcin lə, məsələn Bəqərə surəsindən ayətil kursu..
Cavab:

Və aleykum Salam.


1) Namazda əl-Fatihə surəsindən sonra hər hansı bir surənin ortasından ayə oxunarsa, heç bir şey deyilmir. Nə "Bəsmələ" (Bismilləhir-Rahmənir-Rahim), nə də "İstiazə" (Əu:zu billə:hi minəş-şeyta:nir-racim). Birbaşa oxumaq istədiyiniz ayəni oxuyursunuz. Həmçinin oxuyun:

ardını oxu
29-03-2026 A.
Salam, dodaq dolgusu etdirmək, haramdır mı? Və ya edənlər ne derece günah qazanır? Ve bilmek isteyirəm dəfələrlə tövbə edib pozanlar yenə də bağışlana bilər?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
29-03-2026
Salam Aleykum yoldasim niqablidi elcekde taxir. Qardasim tez tez bize gelir yoldasiminda evde isleri olur elcekle islemek mümkün olmur her defe tekce qardasimin yaninda elceksiz geze bilermi
Cavab:

Və aleykum Salam. Niqab və əlcək taxmaq sünnədir. Odur ki qadın üçün zərurət yarandıqda əlcəyi çıxarmaq günah deyil. Həmçinin oxuyun:

ardını oxu
29-03-2026 Bəndə
Salam. Atasız bir qızın anası razı olmadan, qız isə öz razılığı ilə sevib istədiyi düzgün bir oğlanla kəbin kəsdirə bilərmi?
Cavab:

Və aleykum Salam. Kəbin kəsdirərkən qızın vəlisinin icazəsi mütləqdir. Vəli dedikdə qızın atası, yoxdursa, əmisi, qardaşı, ata tərəfdən babası nəzərdə tutulur. Bu şəxslərin icazəsi olmadan kəsilən kəbin doğru sayılmır.

ardını oxu
29-03-2026
Salam aleyküm.İlk olaraq bir neçə tətbiqə baxmışam hamsında məğrib saatları,zöhr vaxtları fərqlidir.İmsak və iftar vaxtları da həmçinin.İkinci olaraq,başımıza gələn mənfi müsbət hadisələri gündəlik kimi yazmağın ziyanı varmıdır?Və son olaraq küçədə yəhudi ya da xristian icmasından olan xanımlar yaxı
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:


Namaz təqvimləri arasında fərqin olması nədəndir?


ardını oxu
28-03-2026 K
Əssələmu Aleykum.men oruclu halda heyz agrilarim olurdu yeni başlamasina az qalmişdi fikrimden kecirdim ki agri olanda mende heyzde baslayir başlasa orucu acaram amma o gun qan gelmedi men oruca davam etdim megrib girdikden sonra acdim sizce menim orucum pozulmuş sayilirmi ele fikirləsdiyim ucun me
Cavab:

Və aleykum Salam.


1) Sadəcə "heyz olsam orucu açaram" düşüncəsi orucu pozmur. Odur ki o günün orucu sizdə səhih sayılır. 



ardını oxu
28-03-2026 H
Muğam dinləmək olar?
Cavab:

Əssələmu aleykum. Muğam da musiqi sayılır. Ətraflı oxuyun:


Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
ardını oxu
28-03-2026
Salam Aleykum,Ramazan ayinda Seytanlar Zincirlenir Alhamdulillah,bes nie adamin aglina pis fikirler gelir?
Cavab:

Və aleykum Salam. Ramazan ayında şeytanların zəncirlənməsi onların tam fəaliyyətsiz olması anlamına gəlmir. Yəni onlar digər aylarda olduqları kimi fəal olmurlar. Onlar zəncirlənsə də vəsvəsə verə bilirlər. 

ardını oxu
28-03-2026
Salam aleykum. Allah sizdən razı olsun. Nişanlı,kəbini olan amma hələ ki atasının evində yaşayan bir qadının fitrə zəkatını kim çıxarmalıdır? Özü çıxara bilərmi? Ya ərinin ailə başçısı çıxarmalıdır?
Cavab:

Və aleykum Salam. Əgər qız hələ də atasının himayəsindədirsə, bu halda onun fitrə zəkatını atası çıxarmalıdır. 

ardını oxu

Pages