Heyz olmayan qızların boşanması haqda ayənin izahı

    25.02.2022
Kimdən: 
UMMU AMMAR
Sual: 
Salamaleykum.Nisa suresi 6cı ayeye göre Allah deyir yetimleri nikah yaşına çatanda sınayın.Bildiyimize göre nikah yaşı yetkinlikdir ki,o da qızlarda heyzle bilinir.Talaq aye 4de ise deyir boşandıqda heyz görmeyen qızların gözleme müddeti 3 aydır. Sual:eger heyz görmeyen qızlar sadece kebin edib cinsi münasibetde olmayıblarsa (eşitdiyime göre o dövrlerde erken kebin olurdu) ne üçün onlar boşandıqda 3 ay gözlemeli idiler.Axı men bilen cinsi münasibet görmeden boşanan qızın idde dövrü olmur. Ya da başqa bilmediyim bir şey var.Belke 3 ay tek hamileliyi belli etmek üçün qoyulan müddet deyil?Belke başqa hikmetleri var?Ya da burada söhbet bedence yetkinliye çatıb heyz olmayan qızlar
Cavab: 

Va aleykum Salam. Uca Allah ən-Nisa surəsində buyurur: "Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın" (ən-Nisa, 6). Mucahid (Allah ona rəhmət etsin) demişdir: "Yəni həddi-büluğa çatana qədər". Bu ayə göstərir ki, nikah yaşı həddi-büluğa çatmaqdır. Qadının həddi büluğa çatmasının əlamətləri üçdür:

1) Heyz olması; 2) Qasıqda sıx tüklərin bitməsi; 3) On beş yaşına çatması. Ətraflı oxuyun:


Qadında bu üç əlamətdən biri olarsa, artıq həmin qadın həddi-büluğa çatmış sayılır. Bəzi qadınların heyz olması müxtəlif səbəblərə görə gecikir və ya bəzi qadınlar ümumiyyətlə olmur. ət-Talaq surəsinin 4-cü ayəsində nəzərdə tutulan qadınlar da məhz bu növ qadınlardır. Uca Allah buyurur: "Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır" (ət-Talaq, 4). Yəni heyz olmayan, lakin həddi-büluğa çatmış və ailə qurmuş qadınlar boşandıqda, onların gözləmə müddəti üç aydır. 

Teqlər: 
Paylaş: