Yetkinlik yaşına çatmağın əlamətləri nədir?

    17.06.2020
Sual: 
Asalamu aleykum va rahmatullahi va barakatuh.Zəhmət olmasa suallarımı cavablandırasınız. 1.Allahdan ümumiyətlə və işlətdiyi günaha görə peşman olan şəxsi Allah bağışlayarmı 2.13 yaşı olan uşaq yetkin sayılırmı,ona günah yazılırmı? 3.Son vaxtlarda yerin qutblərinin yer dəyişdiyini xəbər verirlər.qiyamətin qopacağı haqqında texmini melumat verirlər men onlara inanmiram sadece Allahın bildiyi vaxta inanıram.Qiyamətin vaxtı təxmini verilə bilərmi? 4.yeniyetmenin ede bileceyi böyük savablar hansılardır?
Cavab: 

Aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. 
1) Tövbə barədə ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

2) Bir insanın yetkinlik yaşına çatmasının əlamətləri bunlardır:
İslamda yetkinlik yaşına çatmanın aşağıdakı əlamətləri vardır: 
Birincisi, qızlarda heyz olmaq, oğlanlarda isə yuxuda spermanın gəlməsi (cunub olması). 
İkincisi, həm oğlan, həm də qızlarda qasıqda (övrət yerində) tüklərin bitməsi.
Üçüncüsü isə, əgər əvvəlki iki əlamət olmazsa, 15 yaşa çatmaqla bilinir. 

Əgər 13 yaşlı oğlanda qeyd etdiyimiz ilk iki əlamətdən biri varsa, (yatmışkən yuxuda cunub olmuşsa və ya övrət yerində sıx tük bitmişsə) demək ki o artıq həddi-büluğa çatmış sayılır və artıq ona tərk etdiyi vacib əməllərə (namaz, Ramazan orucu və s.) görə günah yazılır. Həmçinin oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

3) Qiyamətin baş verəcək vaxtı Uca Allahdan başqa heç kəs bilmir. Hətta Uca Allahın seçdiyi peyğəmbərlər və mələklər belə Qiyamətin baş verəcəyi vaxtı bilməmişlər. Uca Allah buyurur: "İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir. De: "Onu yalnız Allah bilir!" Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır". (əl-Əhzab, 63). Lakin, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə Qiyamətin bəzi əlamətlərini bildirmişdir. Daha ətraflı:
Qiyamətin böyük əlamətləri
Qiyamətin kiçik əlamətləri

4) Yeniyetmənin edə biləcəyi böyük savablara gəlincə, ilk növbədə Uca Allahın vacib buyurduğu əməllərə diqqət etmək lazımdır. Çünki, Uca Allaha ən sevimli əməllər Onun vacib buyurduğu əməllərdir. Sonra isə bacardığınız qədər nafilə əməlləri - namazları və orucları və s. və zikrləri çoxaltmaq lazımdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Qu­lu­mun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməl­lərdir. Qulum nafilə ibadətləri yerinə ye­tir­­məklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təq­dir­də onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Mən­dən diləsə, ona dilə­diyini verərəm, sığınacaq is­təsə, ona sığınacaq ve­rə­rəm. Mən görəcə­yim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tə­rəd­düd etdi­yim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki, Mən ona ya­man­lıq etmək istəmirəm". (Səhih əl-Buxari, 6502). Uca Allahın vacib buyurduğu əməllər və nafilə ibadətlər barədə daha ətraflı oxuyun:

Savab qazanmaq üçün nə etmək lazımdır? 

Teqlər: 
Paylaş: