Cadu olunmuş insana necə kömək etmək olar?

    04.02.2021
Kimdən: 
Ayladan
Sual: 
Sevdiyim insana cadu olunub onun xeberi olmadan men onu temizliye bilerem.?ozum onu nece temizliyim?ama onunla gorusmuruk ayrilmisiq o cadunun tesirindedi nece temizleyim onu cadudan.??
Cavab: 
Salam aleykum. Əvvəla onu qeyd edək ki, İslamda sevgi yalnız evlənmək məqsədilə olmalıdır. Əks halda bu sevgi, insanı günaha sövq edir və zinaya aparır. Daha ətraflı:
Sevmək və sevdiyinlə görüşmək günahdırmı?
İnsanda müəyyən hallar gördükdə dərhal cadu olunduğunu düşünmək doğru deyil. Tibbi problem, yorğunluq, gözdəymə və bir çox halların da olması mümkündür. Cadudan qorunmağın yolları da Quran və Səhih hədislərdə göstərilmişdir. Cadu olunan insana isə dinimiz ruqyə oxunmasını tövsiyə edir. Ruqyəni ya başqası cadu olunan insana oxumalıdır, ya da cadu olunan insan özü bu duaları oxumalıdır. Lakin, bu məsələdə cadugara, falçıya, sehrbaza müraciət etmək haramdır və vəziyyəti daha da pisləşdirir. Daha ətraflı:
Teqlər: 
Paylaş: