Əxlaqsız cizgi filmlərinə baxmaq günah baxımından əxlaqsız videolara baxmaqla eynidirmi?
Sual:
Əs sələm aleykum müəllim.İslam dinində sual verməkdə ayıb yoxdur bildiyim qədəri ilə ancaq yenə də suala görə həm oxuyanlar,həm də sizdən üzr istəyirəm! Bir insan artıq istimnanın özünə vacib halına gəlibsə,yəni artıq şəhvətini zina etməmək üçün istimnaya ypnəltməyə məcbur qalıbsa bu zaman multfilm formatında olan əxlaqsız videolara baxa bilərmi? Yəni multfilm olması onu haram hökmündən salır ? Xahiş edirəm tam izah edin eyni pozgun filmlər kimidir hökmü yoxsa yox?
Cavab:
Və aleykum Salam. Multfilm (cizgi filmi) formatında olması haram görüntülərə baxmağın hökmünü dəyişmir. Əgər orada övrət, açıq-saçıq səhnələr və şəhvəti qızışdıran görüntülər varsa, onlara baxmaq icazəli deyil. Həmçinin oxuyun:
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
Əxlaqsız filmlərə və şəkillərə baxmağın günahı
İmanı artırmaq üçün nə etmək lazımdır?
İstimnanın hökmü barədə alimlər arasında təfsilat olsa da, insanın zina qorxusu ilə üzləşməsi haram videolara və ya şəkillərə baxmağı halal etmir. Əksinə, insan haramdan qorunmaq üçün harama baxmamalı, şəhvəti artıran səbəblərdən uzaq durmalı, oruc və evlilik kimi şəriətin buyurduğu vasitələrdən istifadə etməlidir. Həmçinin oxuyun: