Həftənin hər günü Allahın Adlarından birini 101 dəfə zikr etmək olarmı?

    27.11.2026
Sual: 
Salam. Həftəlik zikrə başlamışdım, hər gün üçün bir əsma deyirdim, lakin günləri qarışdırmışam. Bir də 101 dəfə demək əvəzinə, səhvən çox demişəm. Bunu artıq dediyim günün səhəri bildim. Belə halda nə etməliyəm?
Cavab: 

Və aleykum Salam. Əvvəlcə bilməlisiniz ki, Allahı zikr etmək böyük ibadətlərdəndir. Lakin hər bir ibadət Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öyrətdiyi qaydada yerinə yetirilməlidir. Quranda və səhih hədislərdə həftənin günlərinə uyğun olaraq Allahın adlarından birini seçib müəyyən sayda, məsələn, 101 dəfə zikr etməyə dair dəlil yoxdur. Buna görə də bu qaydanı xüsusi ibadət kimi qəbul etmək düzgün deyil. Zikrlərin sayını unutduğunuza görə narahat olmağa, əvvəlki zikrləri yenidən etməyə və ya hansısa qəza yerinə yetirməyə ehtiyac yoxdur. Lakin həmin zikrlərə xüsusi gün və say təyin etməyi dini ibadət qaydası kimi davam etdirməyin. Ətraflı oxuyun:

Paylaş: