Allahın adlarını sadalamaqla zikr etmək olarmı?

    06.04.2021
Sual: 
Salam. Allahın adlarını zikr etsək məsəl üçün əl alim adını zikr etsək günah etmiş oluruq? Cavabladirdiğinz üçün sağolun
Cavab: 
Va aleykum Salam. Zikr bir ibadət növüdür və onu şəriətin buyurduğu qaydada etmək lazımdır. İbadətin Allah qatında qəbul olunmasının şərtlərindən biri də bu ibadəti Allah Elçisinin bəyan etdiyi qaydada yerinə yetirməkdir. Dinimizdə Uca Allahın adlarını sadalamaq kimi bir zikr yoxdur. Zikr "Lə İləhə İlləllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur), "Subhənəllah" (Allah Pak və Müqəddəsdir) kimi tam cümlələr olmalıdır. Allahın adlarını sadalamaq isə tam cümlə sayılmır. Daha ətraflı: 
Teqlər: 
Paylaş: