Qadın geyimləri mağazasında açıq və dar qadın geyimlərini satmaq şəriət baxımından icazəlidirmi?
Sual:
Salam alekum mağaza açıb qadınlar üçün qapalı adi açıq geyimlər satırsan ama qadınlar üçün açıq geyimlər satmaq olar elə açıq geyimlər var həm çöldə geyinilir həm də evdə eləsidə var o açıq geyim çöldə geyinilir indi belə qadınlar üçün açıq geyimlər satmaq olar yoxsa yox?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bir geyimin açıq-saçıq və ya dar olması onun mütləq haram məqsədlə istifadə ediləcəyi demək deyil. Belə paltarların satılmasının hökm geyimin hansı məqsədlə istifadə olunacağına görə dəyişir. Əgər açıq-saşıq geyimlər qadınların evdə, ərlərinin yanında və ya qadınlar arasında geyinməsi üçün nəzərdə tutulubsa, onları satmaq olar. Əgər bu paltarları qadınlar çölə-bayıra naməhrəmlərin qarşısında geyinəcəklərsə, bunu bilə-bilə belə paltarların satılması doğru deyil. Çünki günahda yardımlaşmaq qadağandır. Həmçinin oxuyun: