Müsəlman qadın necə geyinməlidir?

    26.02.2014
Kimdən: 
ze
Sual: 
Salam aleykum. Hıcablı xanım nece geyınmelıdır?
Cavab: 

Aleykum salam. İslamda müsəlman qadın üçün örtülmə qaydası Quranın "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 31).
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əsmaya (Allah ondan razı olsun): "Ey Əsma, qadın həddi-büluğ dövrünə çatdığı vaxt ondan görünən olan ancaq budur (bu olmalıdır)", - demiş və öz mübarək üzü və əlini göstərmişdir".
Həmçinin müsəlman qadının geyimi açıq-saçıq, dar, şəffaf, cəlbedici, cazibədar, diqqət çəkəcək görkəmdə olmamalıdır.

Teqlər: 
Paylaş: