Açıq qapıya tərəf dayanaraq namaz qılmağın dində hər hansı qadağası varmı?
Sual:
Salam. Evimizdə sübh namazını qılmaq üçün boş otaq yoxdur, bütün otaqlar doludur. Yalnız mətbəxdə qıla bilirəm. Amma orada üzü açıq qapıya, kandara tərəfə dayanmalı oluram. Bir yerdə oxumuşdum ki, açıq qapıya tərəf namaz qılmaq olmaz. Bu doğrudurmu?
Cavab:
Və aleykum Salam. Açıq qapıya tərəf namaz qılmağın qadağan olmasına dair Quranda və səhih sünnədə heç bir dəlil yoxdur. Buna görə də mətbəxdə, üzü açıq qapıya tərəf dayanaraq namaz qılmağınızda heç bir qəbahət yoxdur. Qapının açıq və ya bağlı olması isə namazın səhihliyinə təsir etmir. Lakin namaz qılarkən əsas diqqət yetirilməli məsələlərdən biri namaz qılanın qiblə tərədfdən qarşısına "sutra" qoymasıdır. Sutra namaz qılanın səcdə etdiyi yerdən bir qarış qabağa qoyulur ki, qarşıdan keçənlər onun namazına xələl gətirməsin. Sutra barədə ətraflı oxuyun: