Üzərində Allahın və Peyğəmbərin adı yazılmış vərəqləri hörmətsizlikdən qorumaq üçün yandırmaq olarmı?

    27.11.2026
Sual: 
Salam aleyküm.Üzərində Allah,İnşallah,Amin,Peyğəmbərimizin(s.a.v)adı yazılan vərəqləri,günlüklərin hörmətsizliyə məruz qalmağından narahatıqsa necə edək?Bəziləri Quranı yandırmağın günah olduğunu deyirlər bu müqəddəs adlar olan vərəqlər üçün də keçərlidir?Yandıra bilmiriksə üstünü qaralıyıb,kiçik parçalar halında cırıb atsaq olar?
Cavab: 

Və aleykum Salam. Belə vərəqləri hörmətsizliyə məruz qalmaqdan qorumaq üçün onları ehtiramla məhv etmək olar. Bunun üçün yandırmaq günah deyil; əksinə, məqsəd müqəddəs adları hörmətsizlikdən qorumaqdır. Qurani-Kərimin digər nüsxələrinin yandırılması da Osman ibn Əffanın (Allah ondan razı olsun) xilafəti dövründə, müsəlmanlar arasında qiraət fərqlərinin qarşısını almaq məqsədilə həyata keçirilmişdir (əl-Buxari, 4987). 

Sizin qeyd etdiyiniz vərəqləri də yandıra, yaxud üzərindəki yazılar tamamilə oxunmaz hala gələnədək xırda-xırda doğrayıb ata bilərsiniz. Üzərini qaralamaqla yazıları tamamilə oxunmaz etmək də mümkündür. Həmçinin onları təmiz bir yerdə torpağa basdırmaq olar. Burada niyyətin çox önəmi var. Əsas məsələ bu işin hörmətsizlik məqsədilə deyil, müqəddəs adları qorumaq niyyəti ilə edilməsidir.

Üzərində ərəbcə ayələr yazılan vərəqi çırıb atan dindən çıxırmı?

Paylaş: