Üzərində ərəbcə ayələr yazılan vərəqi çırıb atan dindən çıxırmı?

    29.07.2024
Sual: 
Esselemu Aleykum Eger Bir İnsan Muselmandırsa balaca vereqde erebce yazılı olan ayeleri cırıb tullayarsa Mürted Olur?
Cavab: 

Və aleykum Salam. Üzərində ərəbcə Quran ayələri olan vərəqlərə hörmətlə yanaşmaq lazımdır və belə vərəqləri çırıb atmaq doğru deyil. Çünki belə etmək bu vərəqlərin natəmiz yerlərə, habelə ayaqaltına düşməsinə səbəb ola bilər. Əgər insan bunu bilməməzlikdən edirsə, bu onu dindən çıxarmır. Əgər bilə-bilə Allahın ayələrini alçaltmaq və istehza məqsədilə edirsə, bu əməl küfr sayılır. Həmçinin oxuyun:

Paylaş: