Valideynlərə haqqı nəsihət edərkən üslub və ədəb necə olmalıdır?

    27.11.2026
Sual: 
السلام عليكم ورحمة الله وبركاته ​Yaxın tanıdığımız cavanlar var elm öyrənməyə həvəslidirlər və öyrəndiklərini yaxınlarına da çatdırmağa çalışırlar. Valideynləri də Əlhəmdulilləh iman əhlidirlər. Amma uşaqlar valideynlərə nəsihətvari nəsə deyəndə, xüsusilə də hansısa müsibət zamanı haqqı xatırladanda, valideynlər bunu biraz tənqidi və kibrli qarşılayıb "üslubunuz düz deyil" və ya "bəzi yerdə susmağınızı bilməlisiniz" deyərək narazı olurlar. Valideynlərə haqqı və nəsihəti çatdırarkən üslub, ədəb necə olmalıdır,bu haqda nəsihət edə bilərsiniz mi? Və digər sual da öyrəndiyin bir şeyi yaxınlarına,ailənə çatdırmaq,başa salmaq üçün onu dərinləməsinə öyrənməyin şərtdir mi? بارك الله فيكم.
Cavab: 

Və aleykum Salam va rahmətullahi va bərakətuhu. Övlad valideynlərinə nəsihət edərkən ilk növbədə onların haqqını, yaşını və hörmətini nəzərə almalı, yumşaq danışmalı, kobudluqdan və özünü üstün görməkdən çəkinməlidir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23). Haqqı çatdırmaq gözəl əxlaqla olmalıdır, xüsusilə müsibət zamanı insanın qəlbinin həssas olduğunu nəzərə alaraq, münasib vaxtı və uyğun ifadələri seçmək lazımdır. Elm öyrənən şəxs bildiyi və əmin olduğu məsələləri başqalarına çatdıra bilər. Lakin  bilmədiyi məsələlərdə danışmamalı, dərin elmi araşdırma tələb edən mövzularda isə alimlərə müraciət etməlidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: