Xəstə olan oruc tuta bilər?

    29.06.2016
Sual: 
Salam xeste ola ola oruc tutmaq olar
Cavab: 
Və aleykum Salam. Sağlamlıq imkan verirsə, oruc tutmaq olar. Əks halda sağaldıqdan sonra orucun qəzasını tutmaq lazımdır. Xroniki xəstəlik səbəbindən ümumiyyətlə oruc tutmaq mümkün deyilsə, hər günün əvəzində kəffarə vermək lazımdır. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184). Daha ətraflı: Ramazan ayının orucu
Teqlər: 
Paylaş: