Övladın olması üçün falçı yanına getmək düzgündürmü?
Sual:
salam.5il olar usagim olmur problemim var,Allah bilen meslehedir sukur..sadece ailem narahatdir deye baxtirib, baxicida deyibki goturun menim yanima men ona bir nece sey deyecem o elesin mutleq olacag..sualim budurki getsem men gunah etmis olacagam?estegfirullah Allaha serik qosmus kimi olacagam?bir sualimda varki zehmet olmasa cavab vererdiz,usagim olmur deye hekime turkecareye getmeyimde gunahdir?
Cavab:
Və aleykum Salam. Övladın olması üçün həkimə getmək və ya türkəçarə deyilən üsullara müraciət etmək olar. Amma falçıya getmək küfr kimi böyük günahdır və bu yolla edilən işlərdə bərəkət də olmur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar (küfr) etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (İmam Əhməd, 2/429). Siz Allaha təvəkkül edin və müalicə olunun. Daha ətraflı:
Falçılar necə olur ki, doğru xəbər verirlər?
Duaların qəbul olması üçün nə etmək lazımdır?